2 ildən sonra "Neftçi"yə qaytarıldı - FOTO

10 İyul 2020 21:00 Neftçi 1 026
2 ildən sonra "Neftçi"yə qaytarıldı - FOTO

"Neftçi" daha bir futbolçu ilə bağlı qərarını verib.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yarımmüdafiəçi Fəhmin Muradbəyli komandaya qaytarılıb.

Ötən mövsümü icarə əsasında "Səbail"də keçirən 24 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu "ağ-qaralar"a qayıtması qərara alınıb. Növbəti mövsümün hazırlığını "flaqman"ın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illərdə "Neftçi"nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.

Mövsümlərarası fasilədə hələlik yalnız Cabir Əmirlini transfer edən "Neftçi" Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Vild-Donald Gerye və Dario Frederiko ilə yollarını ayırıb, Rəhman Hacıyevi isə "Keşlə"yə icarəyə verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!