"Neftçi": Hər nə olur-olsun, razılıq alaq, gətirək

10 İyul 2020 12:44 Neftçi 1 242
"Neftçi": Hər nə olur-olsun, razılıq alaq, gətirək

«Neftçi» iyulun 11-də Qəbələyə yola düşəcək. Avropa Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi ayın sonunadək burada təlim-məşq toplanışı keçəcək. Daha sonra komanda Türkiyəyə səfər edəcək. Elə düşünməyin ki, «ağ-qaralar» Bolu variantını «gözdən çıxarıb». Bu plan hələ də qüvvədədir və «Neftçi» rəhbərliyi istər müvafiq dövlət qurumları, istərsə də Türk Hava Yolları ilə bu istiqamətdə danışıqları davam etdirir. Bakılılar Avroliqanın ilk oyununa kimi qonşu ölkədə çalışmalarını sürdürmək niyyətindədir. Bolu toplanışı başqa bir mənada «Neftçi»yə çox vacibdir. Klub rəsmiləri bir müddətdir İstanbulda olan yeni legionerləri heç cür Bakıya gətirə bilmir. Braziliyalı müdafiəçi Tailson və mərakeşli yarımmüdafiəçi Sabir Buqrinə viza almaq mümkün olmayıb və bu, yəqin ki, tez bir zamanda başa gəlməyəcək. Odur ki, «Neftçi» rəhbərliyi almağa hazırlaşdığı əcnəbi futbolçuların yarışın startınadək kollektivə qoşulmasını və müəyyən qədər adaptasiya keçməsini istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!