"Neftçi" yeni məşqçi gətirdi

9 İyul 2020 21:50 Neftçi 1 372
"Neftçi" yeni məşqçi gətirdi

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb. 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub.

2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti