"Neftçi" Almaniya klubunun şərtlərini  öyrəndi, vaz keçdi

9 İyul 2020 14:08 Neftçi 1 059
"Neftçi" Almaniya klubunun şərtlərini  öyrəndi, vaz keçdi

Cari mövsümün sonunda "Qarabağ"dan ayrılan Aylton Silva yenidən icarəyə verə bilər.

Növbəti mövsümdən Bundesliqada çıxış edəcək "Ştutqart" müqavilə ilə ona məxsus olan braziliyalı legionerin xidmətində maraqlı deyil və müdafiənin sol cinahını başqa futbolçu ilə gücləndirmək niyyətindədir.

İddiaya görə, Aylton ondan gözlənilən oyunu sərgiləyə bilmədiyi üçün klub onun mövqeyinə alternativ variant axtarışındadır. Bununla belə, 26 yaşlı futbolçunun məsələsi açıq olaraq qalır.

Qarşıdakı günlərdə bu suala aydınlıq gələcək. Koronavirus pandemiyası səbəbindən maliyyə böhranı yaşayan “Ştutqart” hazırda yeni transferlər etməkdə çətinlik çəkir. Odur ki, cənubi amerikalının yay toplanışına qatılması da gözlənilir. Onun barədə yekun qərarın bundan sonra verilməsi ehtimal olunur.

Ayltonun üçüncü dəfə Azərbaycana gəlməsi mümkündürmü? 2016-2017-ci illərdə «Neftçi»nin şərəfini qoruyan braziliyalının keçmiş klubuna qayıtmaq variantı bugünlərdə ortadan qalxıb.

«Ağ-qaralar» son günlərə kimi ona maraq göstərib, gəl ki, “Ştutqart”ın icarə tələbləriylə tanış olandan sonra bu «dəftər»i bağlayıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti