"Neftçi": Özü işinə davam edəcək, qardaşını gətirməkdən çəkindi

9 İyul 2020 10:52 Neftçi 1 052
"Neftçi": Özü işinə davam edəcək, qardaşını gətirməkdən çəkindi

«Neftçi» növbəti mövsümə Füzuli Məmmədovla başlayacaq.

Bu ilin əvvəlində baş məşqçim postunda Roberto Bordini əvəzləyən mütəxəssisin yeni işini davam etdirəcəyi ilə bağlı aylar öncə yazdığımız xəbər təsdiqlənib.

Avropa Liqasında qeydə alınacaq nəticələrdən, yəni, uğur və uğursuzluqdan asılı olmayaraq, o, vəzifəsində qalacaq.

F.Məmmədov bu arzusuna çatsa da, qardaşı Xaqani Məmmədovu özünə köməkçi götürə bilməyib. «Qəbələ»dən ayrılan X.Məmmədovu «Neftçi»yə gətirmək istəməsi barədə yazdığımız başqa bir xəbər çalışdırıcının planlarını pozub.

Məsələnin mətbuata çıxması və ictimailəşməsi onu bu addımı atmaqdan çəkindirib. Halbuki ona kimi hər şey hazır idi, razılaşdırılmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti