"Onlar bunu mənliklərinə, kişiliklərinə sığışdıra bilməzdilər"

1 İyul 2020 17:10 Neftçi 943
"Onlar bunu mənliklərinə, kişiliklərinə sığışdıra bilməzdilər"

«Neftçi» son illər bir qayda olaraq uğursuzluq zolağındadır.

Paytaxt klubu nə görüb, Sadıq Sadıqovun vaxtında görüb.

Ardıcıl 3 çempionluq, 2 ölkə kuboku… Azərbaycan klubları araısnda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan da «Neftçi» olub.

Təəssüf ki, Sadıq Sadıqovdan sonra «ağ-qaralar»ın rəhbərliyinə keçən şəxslərin heç biri onun əldə etdiyi uğurlara yaxın düşə bilmiri. Nə Elnur Məmmədov, nə Orxan Hüseynzadə, nə də indi Kamran Quliyev.

Bilirik ki, bütün futbol ictimaiyyəti, «Neftçi» azarkeşləri klubda dəyişiklik, islahat istəyir və bunu səbirsizliklə gözləyir. Bu tarixi klubu haqq etdiyi səviyyəyə qaytara bilməyən, öz «qab»ında olmadığını gördüyü halda, vəzifədən dördəlli yapışan, bununla da «Neftçi»nin nüfuzunu xərcləyən bacarıqsız insanların rəhbərlikdən uzaqlaşdırılmasının vaxtı, əslində, çoxdan çatıb.

Ötən sorğudan gəldiyimiz qənaət budur ki, ağ-qara rənglərə könül vermiş futbolsevərlər Sadıq Sadıqovu yenidən «Neftçi»nin başında görmək arzusundadır. Amma o, mətbuata verdiyi açıqlamada geri dönmək niyyətində olmadığını bir daha dilə gətirib.

Sizcə, Sadıq Sadıqov niyə «Neftçi»yə qayıtmaq istəmir?

Oxuculardan Qəhrəman Qəhrəmanovun fikrincə Sadıq bəy adını batırmaq istəmir: «O, nailiyyəti olan prezident idi. Gəlib Elxanın əlinin altında işləyəsi deyil».

Fazil Dadaşova görə, Sadıq Sadıqovla Tahir Süleymanovun "Neftçi"dən getməsinin səbəbi hamıya məlumdur: «Klubu süni olaraq şuralandırdılar.

Nəzarəti birbaşa AFFA-ya həvalə olunduğundan, bu rəhbərlər fatılar kimi «baş üstə» demək əqidəsindən uzaq olduqları üçün doğru addım atdılar.

Özlərinə hörmət edən, azarkeşlər tərəfindən böyük məhəbbət qazanan bu şəxslər tez bir zamanda qazandığı uğurlara kölgə salmamaq, buyruq sahibi olmamaq və "Neftçi"ni sevdikləri üçün.

Bu adın böyüklüyünü dərk edərək, indiki rəhbərlər kimi «oyuncağ»a çevrilməmək üçün çox düzgün qərar qəbul etdilər. Bu üzdən də S.Sadıqov və T.Süleymanov klubu Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyan digər şəxslərlə birlikdə əsarət altında fəaliyyət göstərməyi və Elxan Məmmədov tərəfindən idarə olunmalarını öz mənliklərinə, kişiliklərinə sığışdıra bilməzdilər.

Bəlkə də "Neftçi" bu əsarətdən qurtulsa, sərbəst klub kimi yalnız sponsora tabe olarsa, bu insanlar yenidən kluba dəvət alsalar, inanmaq istərdim ki, dəvəti qəbul edərlər.

Hər halda bütün "Neftçi" azarkeşləri bu gün klubun azad olub yenidən öz adından söz deməsini arzu edirlər. Ancaq bu arzu, ən azından, yaxın 3 il ərzində elə arzu olaraq qalacaq. Çünki bu gün həm SOCAR, həm AFFA, həm də Hakimlər Komitəsi məhz "Qarabağ" üçün çalışır.

İkinci ulduzun Ağdam futbolçularının yaxalarına yapışdırılması, bir də Azərbaycan futbol tarixində "Qarabağ"ın simasında 10 il fasiləsiz çempionluğa qovuşan, əvəzolunmaz klub adına sahib olmas üçün. Bu, həmin qürumlara verilən tapşırıqdır.

Buna görə də Premyer Liqa Bakı çempionatına çevrilib, bölgə futbolu məhv edilib. AFFA-da köklü islahatların aparılması üçün ilk növbədə tapşırıqlara son qoyulmalıdır, ədalətli, bölgə klublarının futbola qayıtması təmin edilməklə, təmiz çempionat keçirmək üçün indiki AFFA rəhbərliyi istefaya göndərilməlidir.

UEFA qaydalarına uyğun olaraq seçki yolu ilə AFFA-ya yeni rəhbərlik gəlməlidir. AFFA kimlərinsə, tapşırılmış klubların marağına xidmət etməməlidir.

AFFA sərbəst və ancaq FİFA, UEFA qanunları ilə fəaliyyət göstərib, inhisarda olan qurum adından qurtulmalıdır. Bu dəyişikliklər, bu islahatlar olmadan, Azərbaycan futbolu bərqərar olmayacaq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti