"Neftçi"də problem var?

30 İyun 2020 15:04 Neftçi 776
"Neftçi"də problem var?

“Neftçi Peşəkar Futbol Klubu” MMC 2019-cu ili 959 min manat mənfəətlə başa vurub.

Sportinfo.az bu barədə Klubun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Neftçi Peşəkar Futbol Klubu”nun əməliyyat gəlirləri 12,5 milyon manat (əvvəlki ilə nisbətən 11,3% çox), əməliyyat xərcləri 11,5 milyon manat (18,2% çox), maliyyə xərcləri isə 4 min manat (40% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Neftçi Peşəkar Futbol Klubu”nun aktivləri 18,6 milyon manat olub ki, bu da illik müqayisədə 22,1% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 63,6% azalaraq 965 min manata düşüb, balans kapitalı isə 40,1% artaraq 17,7 milyon manata çatıb.

“Neftçi Peşəkar Futbol Klubu” kommersiya qurumu ilə 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1600 manatdır.

Digər Xəbərlər
Xəbər Lenti