"Neftçi"yə 1 manat da güzəştə getmir – Şərti və əsası var

26 İyun 2020 12:58 Neftçi 1 545
"Neftçi"yə 1 manat da güzəştə getmir – Şərti və əsası var

«Neftçi» rəhbərliyi Səlahət Ağayev ilə dil tapa bilmir.

Sportinfo.az-ın məlumatına görə, yığmanın qapıçısı qüvvədə olan 1 illik müqaviləsinin maliyyə dəyərinin aşağı salınması təklifini qəbul etməyib.

Bakılı rəsmilərin fikri onun maaşını yarıbayarı azaltmaqdır. Səlahət hazırda komandanın ən ödənişli 3 futbolçusundan biridir. Ağayevin buradakı aylıq qazancı əməkhaqqı və bonuslarla birlikdə 25 min manat civarındadır.

Səlahəti yalnız bu narahat etmir. Ona ən çox pis təsir edən Aqil Məmmədovun kölgəsində saxlanılmasıdır. 2017-ci ilin yayından «Neftçi»nin şərəfini qoruyan «əlcək sahibi» öz şərtini irəli sürüb: «Mən əsas heyətdə oynasam, müəyyən qədər güzəştə gedəcəm. Başqa cür mümkün deyil».

Səlahət bu il cəmi 1 rəsmi oyunda meydançaya çıxıb. O da Premyer Liqanın üçüncü dövrəsinin ilk turunda «Sumqayıt»a qarşı.

Həmin tarixdən sonra «vərəq çevrilib», meydan üzünə həsrət qalıb. Təcrübəli qapıçı bilir ki, səbəbkar nə özüdür, nə də Füzuli Məmmədov. Əsas heyət üzü görməməsi idman direktoru Ceyhun Sultanovun göstərişidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"