"Neftçi" azarkeşləri klubun prezidenti postunda kimi görmək istəyir? - SORĞU

22 İyun 2020 18:06 Neftçi 2 501
"Neftçi" azarkeşləri klubun prezidenti postunda kimi görmək istəyir? - SORĞU

Sportinfo.az oxucuları arasında yeni sorğu keçirib.

Mövzu son günlərin gündəminin əsasını təşkil edən «Neftçi» ilə bağlı olub.

Daha dəqiq desək, bu klubun prezident postuyla əlaqəli.

Daim həssas yanaşdığımız və obyektiv münasibət bəslədiyimiz «Neftçi» bu il də çempion ola bilmədi. Kamran Quliyevin prezident postuna gəlişindən sonra yaxşılığa doğru heç nə dəyişməyib.

O, ölkənin ən yaşlı klubunun rəhbəri kimi «Qarabağ»ın çempionluğunu 3-cü dəfədir kənardan seyr edir.

Və böyük ehtimalla, qarşıdakı bir neçə ildə də dəyişən bir şey olmayacaq. Əlbəttə, klubun idarəçiliyi əl dəyişməsə və Kamran Quliyev hazırkı vəzifəsində qalarsa…

Bilirik və görürük ki, «Neftçi» azarkeşi hədsiz narazı və bədbindir. Onların halını başa düşürük. «Neftçi»sevərlər həmişə doğma komandalarını zirvədə görmək istəyir.

Axı Azərbaycan futbolu üçün bir sıra ilklərə imza atmış kluba kölgədə qalmaq yaraşmır. Ürəyi «Neftçi» ilə döyünənlər üçün bu mənzərə dözülməzdir.

Oxucularımızın fikri bizə maraqlıdır: Sizcə, Kamran Quliyev «Neftçi»dən getməli deyilmi?

Onu deyək ki, oxucular sorğuda böyük fəallıq göstərib. Gözlədiyimiz kimi, «Neftçi» fanatları mövzuya həssas yanaşıb onlar klub rəhbərliyində dəyişikliyin olmasını labüd hesab edir.

Kamran Quliyev–Ceyhun Sultanov tandeminin «Neftçi»ni məhvə sürükləməsi qənaətində olan tərəfdarlar bu böyük camiəni kimlərin ağ günə çıxara biləcəyini də açıqlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti