"Neftçi" 5 legionerlə anlaşdı – YENİ TRANSFERLƏR İSTANBULDA

22 İyun 2020 12:44 Neftçi 3 336
"Neftçi" 5 legionerlə anlaşdı – YENİ TRANSFERLƏR İSTANBULDA

«Neftçi» azarkeşlərini həyəcanlandıracaq yeni transferlər etməyə hazırlaşır.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, 5 legionerlə danışıqlar artıq yekunlaşmış sayıla bilər.

Onlardan hələlik yalnız 1-nin adı məlumdur – müdafiənin sol cinahında Donald Geryeni əvəzləyəcək Taillson.

Braziliyalı ilə yanaşı, digər 4 əcnəbi futbolçu təklif olunan müqavilə şərtlərinə razılıq verib. Legionerlər hazırda İstanbuldadır və sərhədlərin açılmasını gözləyirlər. Türkiyədən Azərbaycana uçuşlar bərpa olunan kimi, hamısı bir yerdə komandanın düşərgəsinə gələcək.

Bilirsiz ki, «Neftçi» bugünlərdə 3 futbolçu ilə rəsmən yolları ayırıb. Tural Axundov, Soni Mustivar və Vangelis Platellas «ağ-qaralar»a lazım olmayıb. Baqali Dabonu da artıq gedənlərin siyahısına yaza bilərik.

Həmçinin Dario Frederikonun da buradan uzaqlaşdırılacağını gözləmək olar. «Neftçi» rəhbərliyi məhz onların mövqeyinə doludracaq alternativ namizədlərlə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti