Kamran Quliyev "Neftçi"dən getsin, yoxsa qalsın? - SORĞU

21 İyun 2020 14:00 Neftçi 1 132
Kamran Quliyev "Neftçi"dən getsin, yoxsa qalsın? - SORĞU

«Neftçi» bu il də çempion ola bilmədi. Kamran Quliyevin prezident postuna gəlişindən sonra yaxşılığa doğru heç nə dəyişməyib.

O, ölkənin ən yaşlı klubunun rəhbəri kimi «Qarabağ»ın çempionluğunu 3-cü dəfədir kənardan seyr edir.

Və böyük ehtimalla, qarşıdakı bir neçə ildə də dəyişən bir şey olmayacaq. Əlbəttə, klubun idarəçiliyi əl dəyişməsə və Kamran Quliyev hazırkı vəzifəsində qalarsa…

Bilirik və görürük ki, «Neftçi» azarkeşi hədsiz narazı və bədbindir. Onların halını başa düşürük. «Neftçi»sevərlər həmişə doğma komandalarını zirvədə görmək istəyir.

Axı Azərbaycan futbolu üçün bir sıra ilklərə imza atmış kluba kölgədə qalmaq yaraşmır. Ürəyi «Neftçi» ilə döyünənlər üçün bu mənzərə dözülməzdir.

Oxucularımızın fikri bizə maraqlıdır: Sizcə, Kamran Quliyev «Neftçi»dən getməli deyilmi?

Xahiş edirik, etik çərçivələri gözləmək şərtilə rəylərinizi saytımızın «facebook» səhifəsinə yazın (https://www.facebook.com/sportinfo.az/posts/1609855025845468?comment_id=1609892759175028¬if_id=1592730684497407¬if_t=feed_comment), biz də Sportinfo.az-da işıqlandıraq.

Digər Xəbərlər
Xəbər Lenti