"Neftçi”ni 1 il gözlətdi – Bir telefon zəngindən sonra

21 İyun 2020 09:40 Neftçi 1 067
"Neftçi”ni 1 il gözlətdi – Bir telefon zəngindən sonra

"Neftçi” son günlər transfer bazarında bir qədər fəallaşıb.

Uğursuz mövsüm keçirən bakılılar islahatlara başlayıb.

Tural Axundov, Soni Mustivar və Vangelis Platellasla vidalaşan «ağ-qaralar» gələn sezon üçün ilk keçidi rəsmiləşdirib. Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 millisində də çıxış edib.

O, hələ ötən yay "Neftçi"yə keçməli idi. Hətta maliyyə və müddət mənasında anlaşma da əldə etmişdi. Son anda "Keşlə" rəhbərliyi bu transferin rəsmiyyət qazanmasına imkan vermədi.

Müşahidə Şurasının sədri Zaur Axundovun Kamran Quliyevə telefon zəngindən sonra "Neftçi" Cabiri geri qaytarmaq məcburiyyətində qaldı. Çünki gənc müdafiəçinin sabiq "bankirlər"lə müqaviləsi hələ davam edirdi.

İndi isə maddi şərtlər daha yüksək olduğundan, o, sərbəst agent kimi bu yerdəyişməni reallaşdırmağı lazım bildi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı