"Neftçi"də yarpaq tökümü davam edir – O da getdi

19 İyun 2020 18:06 Neftçi 844
"Neftçi"də yarpaq tökümü davam edir – O da getdi

"Neftçi" müqavilə müddəti başa çatan daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı yarımmüdafiəçi Vangelis Platellasla əməkdaşlığa son qoyulub.

32 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb. "Ağ-qaralar" daha əvvəl Tural Axundov, Soni Mustivar və Donald Gerye ilə vidalaşıb.

Vangelis Platellas "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti