"Neftçi” rəhbərliyinin adamı komandadan niyə uzaqlaşdırıldı?

19 İyun 2020 17:10 Neftçi 902
"Neftçi” rəhbərliyinin adamı komandadan niyə uzaqlaşdırıldı?

"Neftçi” Tural Axundovla yollarını ayırıb.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Tural Axundov "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub. O, bakılıların düşərgəsinə "Sumqayıt"dan gəlmişdi. Və bu müddətdə heç də pis qazanmayıb. Əməkhaqqı olaraq ayda 6000 manat.

Görünür, bu ayrılıq onun az oynamasıyla bağlı deyil. Tural rəhbərliyin futbolçusu, onların komanda içində görən gözü, eşidən qulağı, danışan dili idi. Ehtimal ki, maaşının dəfələrlə azaldılması istənilib, o da razılaşmayıb.

Digər Xəbərlər
Xəbər Lenti