"Neftçi"ni hədələdi – Mən bu məsələni belə qoymayacam!

18 İyun 2020 10:52 Neftçi 1 037
"Neftçi"ni hədələdi – Mən bu məsələni belə qoymayacam!

"Neftçi" "Qarabağ"ın forması ilə görüntüsü yayılan futbolçusu Baqali Dabo haqda dünən növbəti açıqlama yayıb.

Klubun rəsmi saytındakı açıqlamada fransalı hücumçunun sosial şəbəkədəki davranışının ciddi şəkildə nəzarətə götürüldüyü bildirilib:

"Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb.

Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub.

Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığı və qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".

Dabonun həyat yoldaşı sosial şəbəkə hesabında oyunçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.

Sportinfo.az-ın məlumatına görə, fransalı forvarda klub bazasında fərdi məşq etmək icazəsi verilsə də, o, düşərgəyə gəlməkdən boyun qaçırıb.

32 yaşlı qalmaqallı legioner cərimələnməsinə də səssiz qalmayıb. Bu ayın maaşının tam şəkildə cəriməyə tutulmasına etirazını bildirib və klubu UEFA və FİFA-ya şikayət edəcəyi ilə hədələyib.

Digər Xəbərlər
Xəbər Lenti