"Neftçi" Dabo ilə bağı qərarın verdi

17 İyun 2020 16:14 Neftçi 720
"Neftçi" Dabo ilə bağı qərarın verdi
- Rəsmi

"Neftçi" "Qarabağ"ın forması ilə görüntüsü yayılan futbolçusu Baqali Dabo haqda növbəti açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytındakı açıqlamada fransalı hücumçunun sosial şəbəkədəki davranışının ciddi şəkildə nəzarətə götürüldüyü bildirilib:

"Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".

Xatırladaq ki, Baqali Dabonun həyat yoldaşı sosial şəbəkə hesabında oyunçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.

Digər Xəbərlər
Xəbər Lenti