"Neftçi"nin legionerləri 10 gün məşqə çıxmayacaq

16 İyun 2020 21:40 Neftçi 783
"Neftçi"nin legionerləri 10 gün məşqə çıxmayacaq

"Neftçi"nin zədəli futbolçuları Evangelos Platellas və Stiven Monrozun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, hər iki legioner bir müddət istirahət etməli olacaqlar.

Onlar təqribən 10 gün məşqlərdən kənarda qalacaqlar. Yunanıstanlı yarımmüdafiəçi "Keşlə" ilə oyunda (3:1), fransalı hücumçu isə "Qəbələ" ilə matçda zədələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti