"Neftçi"  gənc istedadı əlindən qaçırdı, Türkiyə klubu aldı - VİDEO

16 İyun 2020 14:36 Neftçi 1 181
"Neftçi"  gənc istedadı əlindən qaçırdı, Türkiyə klubu aldı - VİDEO

Sportinfo.az xəbər verir ki, "Neftçi" Burundi yığmasının yarımmüdafiəçisi Yusuf Ndayişimiyenin xidmətindən imtina edib.

Bakılıların maraq göstərmədiyi 21 yaşlı afrikalı bundan sonra özünü Türkiyə Super Liqasında göstərəcək.

O, "Yeni Malatyaspor"la 3,5 illik müqavilə imzalayıb. Bu barədə menecer Xanbaba Daşdı məlumat yayıb və "ağ-qaralar"ın seleksiya işlərinə baxan mənsublarına istehza ilə sbz atıb:

"Yusufu yanvarda "Neftçi"yə təklif etdim, amma onlara maraqlı gəlmədi. Meneceri onu "Malatyaspor" skautlarının izlədiyini mənə demişdi.

Klublara arada belə təkliflərimiz olur. Türkiyə klubunun skautları da iş bacarmır. Yatırım etdikləri yerlərə bax, sən Allah…".

Digər Xəbərlər
Xəbər Lenti