"Neftçi"nin Daboya verəcəyi ağır cəza nədən ibarətdir?

16 İyun 2020 12:58 Neftçi 712
"Neftçi"nin Daboya verəcəyi ağır cəza nədən ibarətdir?

Premyer Liqada mövsüm davam etdirilərsə, Baqali Dabonu «Neftçi»nin heyətində görməyəcəyik.

Sportinfo.az bu barədə klubdan məlumat alıb.

Redaksiyamıza daxil olan məlumata görə, rəhbərlik «Qarabağ»ın formasıyla sosial şəbəkədə foto paylaşan fransalı hücumçunu cərimələməklə kifayətlənməyəcək. Onun maaşının önəmli hissəsi kəsilməklə yanaşı, cəzasını da «belində hiss edəcək».

Belə ki, yönəticilər çempionatın qarşıdakı 8 turunda 32 yaşlı forvardın xidmətindən yararlanmamaq qərarına gəlib. 2018-ci ildə «Qəbələ»dən «Neftçi»yə gələn legionerə yalnız məşq eləmək imkanı yaradılacaq.

Dabonun sözləşşməsi iyulun 1-də başa çatacaq. İşdir, o, bu ayın maaşından tam imtina eləsə, müqaviləsinə 2 həftə tez xitam veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti