"Qarabağ"ın çempion elan edilməsinə etiraz etsək, nəsə dəyişəcək?"

14 İyun 2020 11:00 Neftçi 779
"Qarabağ"ın çempion elan edilməsinə etiraz etsək, nəsə dəyişəcək?"

"Bu məsələ ilə bağlı şərtimiz olmayıb, əsasnamə nə deyirsə, İcraiyyə Komitəsi nə qərar verəcəksə, o da olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevə məxsusdur.

Klub sözçüsü deyib ki, mövsüm vaxtından əvvəl yekunlaşacağı təqdirdə "Qarabağ"ın çempion elan edilməməsi ilə bağlı şərt irəli sürməyiblər: "Çempion elan edilsələr, olacaq.

Çempionlar Liqasında çıxış edəcəklər və biz də rəqibimizi təbrik edib, uğurlar arzulayacağıq. "Qarabağ"ın çempion elan edilməsinə etiraz etsək, nəsə dəyişəcək? Xeyr.

Çünki qərarı verən qurum var, onlar nə qərar qəbul edəcəksə, razılaşacağıq. Rəsmi şəkildə elan edirik ki, bununla bağlı şərt irəli sürməmişik. Hazırda iyunun 21-dəki oyunumuza hazırlaşırıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı