“Qarabağ” və “Neftçi”nin istədiyi məşhur futbolçu nə fikirləşir?

13 İyun 2020 12:02 Neftçi 922
“Qarabağ” və “Neftçi”nin istədiyi məşhur futbolçu nə fikirləşir?

Buxarest “Dinamo”sunun yarımmüdafiəçisi Dieqo Fabbrininin adı növbəti dəfə Azərbaycan klubları ilə birgə hallanıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı oyunçunun meneceri Florin Manea Rumıniya mətbuatına açıqlamasında bu barədə danışıb.

O bildirib ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” hələ ötən ilin dekabrında İtaliya millisinin sabiq üzvü ilə maraqlanıblar. Menecerin sözlərinə görə, hazırda futbolçunun xidmətində ən çox maraqlı olan klubun “Rapid”dir:

“Fabbrininin “Dinamo”da aylıq maaşı 16,5 min avrodur. Ancaq o, məvacibini vaxtında ala bilmir. Bu üzdən oyunçu özü də “Rapid”ə keçməyi düşünür”.

Dieqo Fabbrini karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyada "Oviedo", Rumıniyada "Botoşani", Bolqarıstanda isə MOİK-in formasını geyinib. O, 2012-ci ildə İtaliya millisinin heyətində 1 matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"