"Neftçi" döndü, "Keşlə"ni bazara döndərdi - FOTOREPORTAJ

11 İyun 2020 10:24 Neftçi 485
"Neftçi" döndü, "Keşlə"ni bazara döndərdi - FOTOREPORTAJ

"Neftçi" və "Keşlə" arasında yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 10-cu dəqiqədə açılıb. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov cərimə meydançasında özünə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

28 yaşlı yarımmüdafiəçi cəmi iki dəqiqə sonra hesab arasındakı fərqi artırıb. İlk hissədə başqa qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci hissəyə "Keşlə" daha yaxşı başlayıb. Bunun məntiqi nəticəsi kimi qonaqlar 65-ci dəqiqədə hesab arasındakı fərqi azaldıblar. Fasilədən sonra meydana daxil olan Aleksandr Kristovao fərqlənib.

Oyunda son nöqtəni də "Neftçi" qoyub. Rəhman Hacıyev əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə hesabı 3:1 edib. Beləliklə, "Neftçi" koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb.

"Neftçi" – "Keşlə" 3:1

Qollar: Emin Mahmudov, 10-pen; 12. Rəhman Hacıyev, 90+2 – Aleksandr Kristovao, 65.

"Neftçi": 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 18. Tural Axundov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 88. Saman Nərimancahan, 93. Soni Mustivar.

"Keşlə": 94. Rəşad Əzizli, 5. Franko Flores, 21. Miyusko Boyoviç, 2. İlkin Qırtımov, 4. Slavik Alxasov, 7. Tural Bayramlı, 25. Con Kamara, 17. Vusal İsgəndərli, 30. Şahruh Qadoyev, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos.

Digər Xəbərlər
Xəbər Lenti