"Yuventus"un məşqçisi "Neftçi”də

10 İyun 2020 16:28 Neftçi 1 327
"Yuventus"un məşqçisi "Neftçi”də

"Neftçi” günlər öncə yaydığımız xəbəri dünən rəsmən təsdiqlədi.

Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə yollar ayrıldı.

Baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, əməkdaşlığa son qoyuldu.

Rəsmi sayt bunun qarşılıqlı razılaşma əsasında baş verdiyini yazıb. Bu, həqiqəti əks etdirmir.

Klubdan kənarlaşdırılanlardən gələcək fəaliyyətləri ilə bağlı heç nə soruşulmayıb. Qısaca deyilib ki, rəhbərlik belə istəyir. Hətta sabiqlərin grüş təklifi də üst rəsmilər tərəfindən qəbul olunmayıb.

Yeni kadrlara gəlincə, biz artıq 3 nəfərin adını çəkmişik. Bunlar Rafael Əmirbəyov, Xaqani Məmmədov və Ruslan Qafitullindir. Daha 2 məşqçi «Neftçi»də işə düzəlmək üzrədir. Biri «Yuventus Baku»dan Rafael Yusifov, digəri isə «Sumqayıt»dan Elşən Poladovdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı