"Neftçi": “YouTube”dan sonra kabel televiziyasına çıxmaq istəyirik"

9 İyun 2020 16:42 Neftçi 411
"Neftçi": “YouTube”dan sonra kabel televiziyasına çıxmaq istəyirik"

“İlk müddət “YouTube” üzərindən fəaliyyət göstərəcəyik. Daha sonra hədəfimiz kabel televiziyasına çıxmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a “Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev bildirib.

“Neftçi” yaxınlarda yeni formatda telekanalla azarkeşlərini sevindirəcək. Bunun üçün artıq klub dörd rejissor və bir CG operatoru axtarışına çıxıb. R.Allahverdiyev yeni TV-nin hansı formada olacağından xəbər verib:

“YouTube” vasitəsilə yayımlar ilk günlərdə 4-5 saat davam edəcək. Daha sonra bu müddəti 8 saata çatdıracağıq. “YouTube”da efirimiz tam hazır olduqdan sonra isə kabel televiziyasına çıxmaq barədə düşünəcəyik”.

O, həmçinin CV-lərin qəbulu müddətini açıqlayıb: “İki həftəyə yaxın CV-lərə baxılacaq. Kimlər uyğundursa, klubun bazasına dəvət olunacaq.

Gələcəkdə operator üçün də müraciət edəcəyik. Çağırdığımız şəxslərə treninqlər keçiriləcək. Ona görə də, iş üçün axtardığımız heyəti mümkün qədər tez toplamağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti