"Neftçi" böyük maliyyə vəsaitindən məhrum oldu – SON XƏBƏR

9 İyun 2020 12:44 Neftçi 995
"Neftçi" böyük maliyyə vəsaitindən məhrum oldu – SON XƏBƏR

Son aylar maddiyyat sıxıntısıyla üzləşən «Neftçi» rəhbərliyi gözləmədiyi xəbər alıb.

Çox təəssüf…

Türk Hava Yolları (THY) cari müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyinə dair klubu bilgiləndirib. Üç aydır fəaliyyətini donduran məşhur Türkiyə şirkəti ötən müddət üçün Bakı təmsilçisinə ödəniş etməyib.

THY ilə «Neftçi» arasında əməkdaşlıq 2018-ci ilin yayında imzalanıb. Müddət 2 ildir. Adıçəkilən portnyorla sövdələşmənin maliyyə şərtləri ictimaiyyətə rəsmən açıqlanmayıb.

Amma mediaya sızan xəbərlərə görə, türk brendi hər il «ağ-qaralar»a 2 milyon manat civarında vəsait ödəyir. Bu rəqəmdən çıxış etsək, «Neftçi»nin 500 min manatdan məhrum olmasını söyləmək mümkündür.

Düzdür, THY göstərilən məbləği ödəməyəcəyini demir. Verəcəklər. Amma nə vaxt? Bunu indi nə özləri, nə də «Neftçi»də bilirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti