"Neftçi" rəsmisi: "4-5 nəfərlə yollar ayrılacaq"

9 İyun 2020 00:42 Neftçi 974
"Neftçi" rəsmisi: "4-5 nəfərlə yollar ayrılacaq"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin futbol akademiyasında diqqətçəkən proseslər gedir.

Məsələ burasındadıp ki, bir neçə uşaq məşqçisini klubdan göndərirlər.

Təbii ki, məsələnin ən diqqətçəkən tərəfi, onların hamısının birdən göndərilməsidir. Hər halda məsələ ilə bağlı klubun mətbuat xidmətinə müraciəıt etdik.

Nə baş verir? Neçə nəfər gedəcək? Bu kimi sualları "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevə ünvanladıq:

"Akademiya ilə bağlı durum belədi ki, hazırda bəzi məşqçilərlə müqavilələr bitir. Həmin məşqçilərdən hansının işindən razıyıqsa klubda saxlanılacaq. İşi bizi qane etməyənlərlə müqavilələr yenilənməyəcək. Onların yerlərinə yeniləri təyin olunacaq.

Bu məsələ ilə bağlı proses gedir. Hələ ki, məndə olan məlumata görə, 4-5 nəfərlə yollar ayrılacaq. Təbii ki, gedən məşqçilərlə yalnız işinə görə yolları ayıracağıq. Burada hər hansı başqa bir səbəb yoxdu. Onları da yeni simalar əvəzləyəcək".

Artıq kluba dəvət olunacaq bir neçə məşqçinin də adı hallanır. Bunlar Rəfael Əmirbəyov, Ruslan Qafitullin və Xaqani Məmmədovdur. Allahverdiyev hələ konkret ad çəkə bilmədiyini deyib:

"Bu işlə İdman Departamenti məşğul olur. Kimlər dəvət olunacaqsa bu haqda bizə məlumat veriləcək. Biz də ictimaiyyətə açıqlayacağıq.

Hazırda kiminlə danışıq aparıldığı, hansı məşqçinin dəvət olunması ilə bağlı məndə bir informasiya yoxdu. Kiminləsə razılıq əldə ediləcəksə, komandaya dəvət olunacaqsa, bu haqda ictimaiyyətə məlumat verəcəyik" (sport7.az) .

Digər Xəbərlər
Xəbər Lenti