"Neftçi” 10 min dollarlıq "artıq adam"dan canını qurtardı

8 İyun 2020 18:20 Neftçi 868
"Neftçi” 10 min dollarlıq "artıq adam"dan canını qurtardı

"Neftçi” Futbol Akademiyasının direktoru Mik Benetlə vidalaşıb.

Müqavilə müddəti başa çatan ingiltərəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Klubun prezidenti Kamran Quliyev Benetlə görüşərək xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Mik Benet "Neftçi"də 2018-ci ilin sentyabrından fəaliyyət göstərirdi. Britaniyalı bura AFFA-nın tapşırığı ilə götürülmüşdü. Ayda 10 min dollar maaş qarşılığında.

O, paytaxt təmsilçisinə gələnə kimi "Mançester Yunayted" Yay Futbol Məktəbinə rəhbərlik edirdi. AFFA sponsor şirkətin imtinası səbəbindən bu uğursuz layihəni yarımçıq dayandırmalı oldu və Beneti "Netfçi"nin "boğazına şərik etdi".

Kamran Quliyev 100 il də qalsaydı, onu yerindən tərpədə bilməzdi. SOCAR-ın tapşırığı ilə büdcə azaldılmasaydı, klubun prezidenti ingiltərələriyə "gözün üstdə qaşın var" deməyəcəkdi. Təbii ki, AFFA rəhbərliyin yarınmaq, onlara xoş gəlmək üçün.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti