Azərbaycanda ilk dəfə klub televiziyası fəaliyyətə başlayır - "Neftçi" sevindirdi

8 İyun 2020 17:10 Neftçi 1 039
Azərbaycanda ilk dəfə klub televiziyası fəaliyyətə başlayır -

"Neftçi" Peşəkar Futbol Klubunun televiziyası “Neftçi TV” iyulun əvvəlində fəaliyyə başlayacaq.

Paytaxt təmsilçisi bununla bağlı vakansiya elan edib. Klub Efir, STS və səs rejisoru, CG operatoru və montajçı axtarır.

Azı 1 il iş təcrübəsi olan 25-40 yaşlı şəxslər CV-lərini hr@neftchi.az email ünvanına göndərə bilərlər.

"Neftçi TV" ilk klub televiziyası olacaq. Buna qədər "Bakı" və "Qəbələ" kanal açmaq yolunda bir sıra addımlar atsa da. Müəyyən səbəblər üzündən işi axıra çatdıra bilməmişdilər. Maliyyə çətinliyi və digər layihələrin ortalığa çıxması onların bu ideyanı gerçəkləşdirməsinə əngəl olmuşdu.

İndi isə "Neftçi" daha bir yeniliyə imza atır. Təbii ki, bu da Rüstəm Allahverdiyevin apardığı məqsədyönlü fəaliyyətin nəticəsi və uğurudur.

İki ildir klubun media və marketinq siyasətini müəyyənləşdirən Allahverdiyev fəaliyyətinin birinci sahəsi üzrə olmasa da, ikinci istiqamətdə mühüm işlər görməyi bacarıb.

Onun görəvə gəlməsindən sonra paytaxt təmsilçisi marketinq baxımından ciddi irəliləyiş əldə edib. Bir sıra projelərin həyata keçirilməsi rüstəm bəyin adıyla bağlıdır.

"Neftçi TV"nin üstündə iş 2018-ci ilin yayından başlamışdı. Allahverdiyev bu müddətdə Türkiyə təcrübəsini öyrənmiş, bu məqsədlə "Fənərbaxça"nın kanalının fəaliyyəti ilə yerində tanış olunmuşdu. Ötən zaman kəsiyində demək olar bütün zəruri texniki avadanlıqlar alınıb, başqa addımlar atılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda