Türkiyə və Almaniya klublarından Emilə yeni təklif

29 May 2020 18:48 Neftçi 1 217
Türkiyə və Almaniya klublarından Emilə yeni təklif

Yığmamızın qapıçısı Emil Balayev 2 klubun transfer siyahısındadır.

Biri Türkiyədən, biri Almaniyadan. «Zirə» ilə müqaviləsi başa çatmaq üzrə olan kiperlə «Yeni Malatyaspor» və «Darmştadt» yaxından maraqlanır.

«Yeni Malatyaspor» Super Liqada qalmaq uğrunda mübarizə aparırsa, «Darmştadt» Bundesliqaya vəsiqə qazanmaq iddiasındadır.

Balayevin fikri tezliklə Azərbaycandan ayrılmaqdır. «Zirə onun qalmasını arzulasa da, çətin ki, bu, baş versin. «Tobol»da keçən ilyarımlıq legioner həyatı Emilin yadından çıxmayıb və o, yenə də həmin günləri yaşamaq istəyir.

Sadəcə, koronavirus pandemiyası millinin qapıçısının qərar verməsinə problem yaradır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti