Görün, "Neftçi"dən getmək istəyən daha bir futbolçu kimdir!

24 May 22:00 Neftçi 1 007
Görün, "Neftçi"dən getmək istəyən daha bir futbolçu kimdir!

Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz hazırkı klubundan ayrıla bilər.

Sportinfo.az-ın məlumatına görə, fransalı hücumçu hazırkı maliyyə şərtləri daxilində karyerasını burada davam etdirmək istəmir.

O da həmyerlisi Baqali Dabo kimi maaşının artırılması tələbiylə çıxış edib. Baxmayaraq ki, hələ müqaviləsinin bitməsinə 1 il qalıb, Monroz indidən yeni komanda axtarışına çıxıb. Artıq ona ölkəsiylə yanaşı, Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təklif gəlməkdədir.

Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib.

Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 11:48 Bu iş Bravo ilə olur!
7 İyul 01:52 Məşhurun evi soyuldu
6 İyul 20:00 Rəşad "Zirə"li oldu
6 İyul 18:34 Azərbaycanda №1