"Neftçi"dən Türkiyə klubuna – müştərinin adı da bilinir

19 May 23:00 Neftçi 672
"Neftçi"dən Türkiyə klubuna – müştərinin adı da bilinir

“Neftçi”nin haitili legioneri Donald Geryenin klubu tərk edəcəyi ilə bağlı xəbərlər var.

Sportinfo.az xəbər verir ki, müdafiəçinin yenidən “Qarabağ”a qayıdacağı gözlənilsə də hazırda ona yeni təkliflər gəlib.

Onun keçmiş klubu Türkiyə Superliqasında çıxış edən “Alanyaspor” onu öz heyətində görmək istəyir. Hələlik Gerye qərarını verməyib.

Əgər “Neftçi” ilə müqaviləni uzatmasa, onun Türkiyəyə yollanacağı istisna edilmir.

Gerye 2018-ci ildə məhz Alanya klubundan “Qarabağ”a transfer olunub, ötən ilin sentyabrından isə karyerasını “Neftçi”də davam etdirib.

Digər Xəbərlər
Xəbər Lenti