SOCAR-dan "Neftçi" ilə bağlı YENİ MÜHÜM "YOL XƏRİTƏSİ"

10 May 20:20 Neftçi 892
SOCAR-dan "Neftçi" ilə bağlı YENİ MÜHÜM "YOL XƏRİTƏSİ"

«Neftçi»nin yeni mövsüm üçün bəzi plaqları müəyyənləşmək üzrədir.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisinin büdcəsi cari mövsümlə müqayisədə azalacaq.

«Ağ-qaralar»ın prezidenti Kamran Quliyev bu məqsədlə SOCAR-a dəvət olunub və vəziyyət barədə ona xəbərdarlıq edilib.

Quliyevin diqqətinə çatdırılıb ki, neftin dünya birjasında dəyər itirməsi əksər sosial layihələr kimi, futbola ayrılan vəsaitin də aşağı salınmasını zəruri edir.

Odur ki, növbəti «futbol ili» ilə bağlı fəaliyyət proqramı hazırlanarkən, bunlar əsas götürülməlidir.

Mətbuatda yayılan qeyri-rəsmi informasiyalara əsaslansaq, «Neftçi»nin busezonku büdcəsi 8-10 milyon manat arasındadır. Neftin qiyməti yaxın 1-2 ayda dəyişməsə, böyük ehtimalla, Bakı klubu iki dəfə aşağı məbləğlə yoluna davam etmək məcburiyyətində qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?