Bu futbolçunun "Neftçi"də saxlamaq artıq çox çətin olacaq

8 May 21:40 Neftçi 789
Bu futbolçunun "Neftçi"də saxlamaq artıq çox çətin olacaq

Deyəsən, «Neftçi»nin baş məşqçisi Füzuli Məmmədovun Donald Gerye ilə bağlı arzusu reallaşmayacaq.

Onun komandada qalmasını istədiyi 7 legionerdən biri olan haitilinin düşərgəni tərk etmək ehtimalı güclənib.

Buna səbəb klub rəhbərliyinin müdafiəçinin yeni maddi şərtlərini qəbul eləmək istəməməsidir.

Gerye sezonun əvvəlində «Neftçi» ilə 1+1 illik müqavilə imzalayıb. Anlaşmaya görə, kontraktın ikinci hissəsinin qüvvəyə minməsi bu yay aparılacaq danışıqlardan asılıdır.

Buna kimi mətbuatda yayılan xəbərlərə inansaq, sabiq «Qarabağ»lı paytaxt təmsilçisində 200 min dollar civarında pul qazanır. «Ağ-qaralar»ın yönətimi nəinki onun maaşını artırmaq, heç hazırkı məbləği də ödəmək niyyətində deyil.

Ümumiyyətlə, bakılılar büdcəni artırmağa hazırlaşmır. Bu, Baqali Dabo ilə əlaqəli son olaydan da göründü. Martın əvvəlində fransalı hücumçu ilə görüşmələr bu yöndə davam etsə də, apreldə hadisələrin inkişafı tamamilə əks istiqamət üzrə getdi. Dabo ötən ay əməkhaqqının artırılmasını gözləsə də, bu, belə olmadı.

Açığını söyləmək lazımdırsa, «Neftçi»nin durumu dünya birjasından asılıdır. Klubun əsas maliyyə qaynağı SOCAR-dır, burada isə vəziyyəti neftin qiyməti tənzimləyir. Hazırd birjadakı rəqəmlər ürəkaçan deyil - ötən illə müqayisədə qiymətlər iki dəfədən də çox aşağı düşüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?