"PFL-in "Neftçi"yə qadağa qoymaq, cəza vermək ixtiyarı yoxdur" - VİDEO

1 May 15:04 Neftçi 376
"PFL-in "Neftçi"yə qadağa qoymaq, cəza vermək ixtiyarı yoxdur" - VİDEO

"Baxdım, qısa bir videodur və orada nəsə müəyyən etmək mümkün deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

O, xüsusi rejimli karantinin davam etdiyi bugünlərdə "Neftçi"nin əsas komandasının məşqə çıxması faktına münasibət bildirib.

İlk dəfə saytımızın yaydığı video araşdırma aparılması üçün ciddi əsas versədə, ölkə çempionatını təşkil edən qurumun press-ateşesi qarşı tərəfə cəza verməyin mümkün olmadığını söyləyib:

"Hətta nəsə müəyyənləşdirmək olsa belə, Peşəkar Futbol Liqası bununla bağlı "Neftçi"yə hansısa qadağa qoya bilməz. Maksimum tövisyə edə bilərik ki, karantin dövründə məşq etməyin.

"Neftçi" də PFL kimi bir təşkilatdır. PFL-in onlara hansısa qadağa qoymaq, cəza vermək ixtiyarı yoxdur. Hər hansısa cəza metodu da yoxdur ki, PFL kluba tətbiq etsin".

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?