"Neftçi" millinin yarımmüdafiəçisi ilə anlaşma əldə etdi

5 Aprel 2020 12:58 Neftçi 1 165
"Neftçi" millinin yarımmüdafiəçisi ilə anlaşma əldə etdi

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov gələcək karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib.

"Neftçi"dən Sportinfo.az-a verilən məlumata görə, o, daha 2 il ağ-qara formanı geyinəcək.

2017-ci ildən paytaxt təmsilçisininin şərəfini qoruyan orta sahə oyunçusu yeni müqavilə şərtlərində klub rəhbərliyi ilə ortaq məxrəcə gəlib.

Bir sıra başqa təklifləri də olan Eminin maliyyə öhdəlikləri bir qədər də yaxşılaşdırılıb. Başqa sözlə, kapitan daha yüksək maaşla «Neftçi»nin uğurları üçün tər tökməyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti