"Neftçi"dən: "Biz də bu yaxınlarda fonda pul köçürəcəyik"

2 Aprel 2020 23:40 Neftçi 489
"Neftçi"dən: "Biz də bu yaxınlarda fonda pul köçürəcəyik"

"Evdə fərdi məşq edirik. Vaxtımızın çoxunu ailəmizlə keçiririk. Koronavirusla bağlı verilən verilən bütün tədbirlərə əməl edirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib.

31 yaşlı qolkiper bildirib ki, bu qədər çox fasilə komanda üzvlərinə təsir edəcək: "Futbolçular birlikdə məşq edə bilmir. Hamı formada qalmağa çalışır".

Məmmədov mövsümün bərpa olunmama ehtimalına da münasibət bildirib: "Bu, yuxarı səviyyədə olan bir məsələdir. AFFA və Peşəkar Futbol Liqası hansısa qərarı verəcək. Bərpa olunacaq və ya olunmayacaq, bu barədə nəsə demək çətindir. Biz futbolçular veriləcək qərarı gözləyirik".

O, xüsusi karantin rejiminin tələblərinə əməl etdiyini sözlərinə əlavə edib: "Demək olar ki, bütün günü evdəyik. Virusdan qorunmağa çalışırıq. Yalnız vacib bir şey olanda evdən çıxırıq. Evdən bayıra çıxmamağa çalışırıq".

Məmmədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edəcəklərini vurğulayıb: "Fonda kim pul köçürübsə, çox sağ olsun. Allah hamının ruzisini yetirsin. Xalqa, millətə dəstək olurlar. Biz də bu yaxınlarda fonda pul köçürəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı