"Neftçi"nin qapıçısı: "Bu vəziyyətdə əlimizdən heç nə gəlmir"

30 Mart 2020 13:40 Neftçi 507
"Neftçi"nin qapıçısı: "Bu vəziyyətdə əlimizdən heç nə gəlmir"

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Sportinfo.az-a müsahibə verib.

- Koronavirusa görə yaranan fasilə müddətində vaxtını daha çox nəyə sərf edirsən? -

- Daha çox evdə olmağa çalışıram. Fərdi məşqlər edirəm. Qapalı yerlərdən uzaq oluram. Ailəyə daha çox vaxt ayırıram.

- Fərdi məşqlərlə formada qalmaq mümkün olacaq?

- Təbii ki, fərdi məşqlər komanda ilə olan məşqləri əvəz edə bilməz. Bu vəziyyətdə əlimizdən başqa heç nə gəlmir.

- Virusla mübarizədə hansısa tədbirlər görürsənmi?

- Hamı necə, biz də elə qorunuruq.

- Məsələn, bəzi insanlar hələ də qeyri-ciddi yanaşır və qadağalara əməl etmir ...

- Bu virusa çox ciddi yanaşmaq lazımdır.

- Fasilə müddətində futbolçuların maaşı dondurulsa və ya müəyyən faizi azaldısa, bu, nə dərəcədə doğru qərar olar?

- Bu haqda fikir bildirmək istəmirəm.

- Çempionat bərpa olunsa, yəqin ki, oyunlar 3-4 gündən bir keçiriləcək. Səncə, klublarımız buna nə dərəcədə hazırdı?

- Hazırda heç kim məşq etmir. Sabah nə olacağını da bilmirik. Oturub veriləcək qərarları gözləyirik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı