"Neftçi" yetirməsini "Qarabağ"dan geri qaytarmaq niyyətindədir

29 Mart 2020 19:40 Neftçi 1 142
"Neftçi" yetirməsini "Qarabağ"dan geri qaytarmaq niyyətindədir

«Neftçi» öz yetirməsini geri qaytarmaq istəyir.

Klubdan Sportinfo.az-a daximl olan məlumata görə, yeni transfer planı Araz Abdullayevlə bağlıdır.

Hazırda «Qarabağ»a məxsus olan yarımmüdafiəçi yayda sərbəst qalmalıdır. Bakılılar onu sərbəst agent statusu ilə düşərgəyə dönməsində maraqlıdır.

Yarımmüdafiəçi 2012-2016-cı illərdə «Neftçi»nin əsas komandasının formasını geyinib. 2017-ci ildə 200 min manat qarşılığında «Qəbələ»yə satılıb. Əyalət təmsilçisi isə onu 6 ay sonra Kipr klubuna – «Anortosis»ə icarəyə verib.

27 yaşlı futbolçu 2018-ci ildə «Panionis»lə müqavilə bağlayıb, lakin Yunanıstanda çox qalmayıb: kontrakta imza atandan bir neçə gün sonra «Qarabağ»a gəlib.

Qurban Qurbanov ötən müddət ərzində ona kifayət qədər şans tanıyıb. Fəqət Arazın təcrübəli mütəxəssisin ümidlərini doğrultduğunu deyə bilmərik. Odur ki, Ağdam klubunda əsas heyət üzvü sayılmır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu