"Neftçi"dən "Qarabağ"a keçmək üçün MESAJ GÖNDƏRDİ

23 Mart 2020 23:00 Neftçi 1 397
"Neftçi"dən "Qarabağ"a keçmək üçün MESAJ GÖNDƏRDİ

Ötən ilin sentyabrında «Neftçi» ilə 1+1 illik müqavilə bağlayan Donald Gerye mövsümün sonunda klubdan ayrıla bilər.

Sportinfo.az-ın məlumatına görə, haitili legioner yenidən «Qarabağ»a dönmək istəyir. 31 yaşlı müdafiəçi bu məqsədlə Ağdam təmsilçisinə mesaj göndərib.

O, «Neftçi»də özünü rahat hiss etmədiyini, burada sıxıldığını, «Qarabağ»da keçirdiyi günlər üçün darıxdığını bildirib. Gerye yenidən bu formanı geyinmək üçün maddi şərtlərdə güzəştə getməəyə hazır olduğunu söyləməklə yanaşı, nizam-intizam kimi məsələlərdə problem yaratmayacağına söz verib.

Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib.

Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti millisinin heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti