“Neftçi” özünə gəlməyib, necə olacağını bilmirəm”

13 Mart 2020 00:28 Neftçi 841
“Neftçi” özünə gəlməyib, necə olacağını bilmirəm”

Sportinfo.az “Neftçi”nin müdafiəçisi Tural Axundovun müsahibəsini təqdim edir:

- “Sabah” üzərində böyükhesablı və mövsümdə ilk rahat qələbənizi qazandınız. Bu, necə alındı?

– Komanda yaxşı mübarizə apardı. Açığı, hesabın bu cür olacağını gözləmirdik. Bəzən belə hesablar olur. Udmaq da, uduzmaq da futbolun tərkib hissəsidir. Böyükhesablı qələbələr də, məğlubiyyətlər də mümkündü.

– Komanda tam özünə gəlib?

– Yox, komanda tam özünə gəlməyib. Bundan da yaxşı oyunlar göstərəcəyik. İndi hiss olunur ki, komanda şəklində oynayırıq və gücümüzü göstərə bilirik.

– Roberto Bordinin gedişi özünü göstərir?

– Bu barədə danışmaq istəmirəm. Hər məşqçinin öz seçimi, öz taktikası var.

– Premyer Liqada oyunların sayı azalır, amma “Qarabağ”la aranızdakı xal fərqi azalmır. Düşünmürsən ki, çempionluq artıq əldən gedib?

– “Neftçi” hər zaman çempionluq üçün oynayan komanda olub. Əlbəttə ki, sona qədər mübarizə aparacağıq. Nələr olacağını indidən proqnozlaşdırmaq olmaz.

– “Səbail”lə matçda 90 dəqiqə meydanda olsan da, “Sabah”la qarşılaşmanı ehtiyar oyunçular skamyasından izlədin…

– Məşqçimizin seçimidir və buna hörmətlə yanaşıram. Məşqçi ilə aramızda heç bir problem də yoxdur.

– Qarşıda “Zirə” ilə matç var. Qalib gələcəksiz? Nəzərə alaq ki, rəqib artıq sizə qarşı ikiqat motivasiya ilə oynayacaq, çünki onların da xala ehtiyacı var…

– “Zirə”ni analiz etmişik və son oyunda çox yaxşı çıxış ediblər. Lakin fərq etmir ki, vəziyyət necədir, biz meydana qələbə üçün çıxırıq. Son turdakı qələbə onlar üçün əlavə motivasiyadır. Amma biz qalib tərəf olmalıyıq, başqa yolumuz yoxdur.

– Bilirəm ki, indi fikriniz “Zirə” ilə oyundadır. Lakin bu matçdan sonra sizi daha vacib – “Qarabağ”la qarşılaşma gözləyir. Səncə, həmin oyun çempionluq suallarına tam aydınlıq gətirə bilər?

– “Qarabağ”ı hamı tanıyır və bilirik ki, necə güclü komandadır. Sona qədər vuruşacağıq. Necə olacağını bilmirəm, amma biz mübarizədən düşməyəcəyik.

– Həmin matçda uduzsanız, çempionluq mübarizəsini bitmiş saymaq olar?

– Elə düşünmürəm. Yenə deyirəm ki, biz mübarizə aparacağıq (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"