"Neftçi" daxilində heç bir problem yoxdur"

7 Mart 21:10 Neftçi 156
"Neftçi" daxilində heç bir problem yoxdur"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. .

- Hesab oyunun asan olduğunu bildirməsin. Çətin matç idi. Əsas da ilk hissədə ağır oldu. Bu cür futbolu gözləyirdik. Uşaqlar tapşırıqları maksimum yetinə yetirməyə çalışdılar. Güclü, keyfiyyətli komandaya qarşı oynadıq. Futbolçular maksimum yaxşı oynadılar. Keçən matç da pis çıxış etməmişdik. Sırf qolları vura bilmədik deyə xal itirdik. Belə olanda rəqib toparlanır və bir səhvdən top buraxa bilirsən. Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Uşaqlara belə oyuna görə təşəkkür edirəm. Çox ciddi hazırlaşmışdıq, həftəboyu bunu görürdüm. Həmişə ciddi hazırlaşırıq. Ancaq qol olmayanda təzyiq artır. Ötən oyun bunun ağrısını yaşadıq.

- “Neftçi”nin nəticələri gözlə görüləcək dərəcədə yaxşılaşıb. Komandadaxili bütün narazılıq və narahatlıqlar həll olunubmu?

- Baş məşqçi kimi futbolçuların inamını, onların performansını çox bəyənirəm. Günü-gündən yaxşılaşırıq. Komanda daxilində heç bir problem yoxdur. Bəzən gərginlik olur. Ancaq bu, ab-havanın pis olması demək deyil. Gərginlik, atmosferin pis olması deyə bir şey yoxdur. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər.

- 4 qol vurdunuz, amma tribunalarda susqunluq var idi...

- Azarkeşlər bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm. “Forza “Neftçi” 90 dəqiqə bizi dəstəklədi.

- Hər dəfə qələbələrdən sonra kapitan komandanı azarkeşlərin yanına aparırdı.

- Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı. Biz azarkeşlərimizə təşəkkür etdik.

- Ötən tur sizdən əvvəl “Qarabağ” xal itirmişdi və bunu bilərək meydana çıxmışdınız. Onların nəticələri sizə nə dərəcədə təsir edir?

- Heç bir şablon cavab verməyəcəm. “Qarabağ”ın nəticələrinə fikir vermirik. Keçən turdakı oyuna baxandan sonra uşaqlara deməyə söz tapmırdım. Səhvlər var idi, amma sonlara doğru idi. Ani diqqəsizlik olmuşdu. Komandanın “boşalması” ilə əlaqəsi yox idi. Qol futbolda ən vacib şeydir, rəqibi plandan çıxarır. Sevinirəm ki, qol epizodları yaradırıq, amma sonluğu da qoymaq lazımdır. Oyun olduğu zaman nəticə də olacaq. Hazırda çalışdığım komandanın həm hücumda, həm müdafiədə düzgün oynamasıdır. İrəli xətdə keyfiyyətli futbolçularımız var. Amma topu vura bilməyəndə belə hallar yaşanır.

- Keçən turdan sonra qapı xəttində dəyişiklik etməyi düşünürdünüz?

- 92-ci dəqiqədə qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədir. Bütün qapıçılarımız keyfiyyətlidir. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.

- Aqil Məmmədov milliyə namizədlər siyahısındadır. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətiniz olduğunu düşünürsüzmü?

- Milliyə oyunçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduğu qədər bunu etməyə çalışırıq. Milli bizimdir, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.

Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq