"NEFTÇİ"DƏN: “Çempionluq üçün əlimizdən gələni edəcəyik”

2 Mart 2020 09:00 Neftçi 454
"NEFTÇİ"DƏN: “Çempionluq üçün əlimizdən gələni edəcəyik”

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşdıqları “Səbail”lə oyundan (1:1) sonra klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, qvineyalı futbolçu komandanın çempion olmaq üçün sonadək mübarizə aparacağını bildirib:

"Oyunun böyük hissəsini yaxşı keçirdik. Rəqibdən üstün idik, amma çox təəssüf ki, son 10 dəqiqədə oyuna nəzarəti itirdik. Bu da qol buraxmağımızla nəticələndi.

Bununla belə, çempionluq yürüşünün bitdiyini düşünmürəm. Sonadək mübarizə aparacağıq. Sonda çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti