"Neftçi"ni sarsıdan film kimi sonluq - VİDEO

1 Mart 2020 19:38 Neftçi 636
"Neftçi"ni sarsıdan film kimi sonluq - VİDEO

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Neftçi" "Səbail"i qəbul edib.

"Bakcell Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə "Səbail"in futbolçusu Eriko da Silva avtoqol müəllifi olub. 90+2-ci dəqiqədə isə Rauf Əliyev bərabərlik qolunu vurub.

Bu nəticədən sonra 34-cü xalını qazanan "Neftçi" lider "Qarabağ"la xal fərqini azalda bilməyib. "Səbail" isə 20 xalla 6-7-ci yerləri bölüşdürür. "Qarabağ"ın isə 42 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"