"Neftçi"nin qiyməti açıqlandı - 11 milyon 650 min avro

1 Mart 2020 10:40 Neftçi 748
"Neftçi"nin qiyməti açıqlandı - 11 milyon 650 min avro

Azərbaycan Premyer Liqasının ümumi dəyəri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Transfermarkt"ın hesablamalarına görə, çempionatımızın ümumi dəyəri 68 milyon 530 min avrodur.

Bu göstərici ilə Premyer Liqamız Avropada 33-cü yerdə qərarlaşıb (Siyahıda təkcə güclülər dəstəsi yox, bəzi ölkələrin aşağı liqaları da yer alıb).

Azərbaycan çempionatının ən bahalı komandası "Qarabağ"dı. Ölkə çempionunun heyətinə ümumilikdə 14 milyon 350 min avro qiymət qoyulub.

İkinci pillədə qərarlaşan "Neftçi"nin dəyəri 11 milyon 650 min avroya bərabərdi. "Sabah" isə 9 milyon 480 min avro ilə ilk "üçlüy"ü qapayır.

Növbəti yerləri ardıcıl olaraq "Zirə" (7 milyon 430 min avro), "Keşlə" (7 milyon 100 min avro), "Sumqayıt" (6 milyon 850 min avro), "Səbail" (6 milyon 450 min avro) və "Qəbələ" (5 milyon 230 min avro) tutur.

Avropanın ən dəyərli çempionatı İngiltərə Premyer Liqasıdı - 9 milyard 720 milyon avro. İspaniya La Liqasına 6 milyard 100 milyon avro, İtaliya A Seriyasına 5 milyard 430 milyon avro qiymət qoyulub.

İlk "onluq"da həmçinin Almaniya Bundesliqası (4 milyard 970 milyon avro), Fransa Liqa 1-i (3 milyard 710 milyon avro), Rusiya Premyer Liqası (1 milyard 140 milyon avro), Portuqaliya Premyer Liqası (1 milyard 120 milyon avro), Hollandiya Erediviziyası (1 milyard 90 milyon avro), Belçika Jupiler Pro Liqası (848 milyon 380 min avro) və Türkiyə Super Liqası (695 milyon 730 min avro) yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti