"Neftçi" bu legionerinin milliləşdirilməsini istədi, AFFA razılaşmadı

21 Fevral 2020 11:35 Neftçi 1 528
"Neftçi" bu legionerinin milliləşdirilməsini istədi, AFFA razılaşmadı

AFFA-nın "Keşlə"nin legioneri Sezar Meza Kollini milliləşdirməyə başlaması "Neftçi"ni məyus edib.

Paytaxt təmsilçisindən Sportinfo.az-a daxil olan məlumata görə, klubun prezidenti Kamran Quliyev Vojislav Stankoviçlə bağlı federasiya rəhbərliyi ilə görüşüb.

O, ötən ilin yayında "Qəbələ"dən gələn serbiyalı müdafiəçinin yerli status almasına kömək göstərilməsini istəyib.

Lakin çox qəribədir ki, qurum paraqvaylı yarımmüdafiəçiyə Azərbaycan pasportunun verilməsinə yardımçı olmağı üzərinə götürsə də, "Neftçi"nin hörmətli prezidentinin anoloji təklifini hörmətsizcəsinə geri çevirib.

Stankoviç 2015-ci ildən Azərbaycanda çıxış edir. O, "Partizan"dan "İnter"ə (indiki "Keşlə") transfer olub. 1 il sonra "Qəbələ"yə keçən müdafiəçi cari mövsümün əvvəlində "Neftçi"nin yolunu tutub.

Digər Xəbərlər
Xəbər Lenti