Ən azından bu məsələdə dövlət maraqlarını qorumalıyıq!

19 Fevral 2020 16:16 Neftçi 575
Ən azından bu məsələdə dövlət maraqlarını qorumalıyıq!

Nəhayət, sözügedən debata başdan-ayağa baxa bildim.

Birbaşa:

Dil: Dil öyrənirsinizsə mükəmməl öyrənin – Kamil palançılıq, yalançı papaqçı məsələsi. #Pashinyanın diplomatik səviyyədə olmayan kolloqvual dil biliklərini cəsarət kimi qiymətləndirməkdənsə #Azərbaycan #prezidentinin literal dil bilgisini və nitq diqtəsiylə debatdakı mümkün polemik məsələlərin hamısını 2-ci plana atdığını vurğulamaq lazımdı. Təbii ki, panel iştirakçıları onlara dillə dəqiq çatdırılanlara inanmalıdı (inanmaq istəyəcəklər ya yox bu başqa məsələdi) .

Erudisiya: Şaumyan məsələsində anında müdaxilə, Naxçıvan məsələsində İrəvanın 75 faizi məsələsində əks-zərbə, Xankəndi adının izahı #Azeribaijan #presidentinin rəqibini obrazlı desək `bağlaması` idi. Müqəddərat məsələsindəki ehyamı da unutmamaq lazımdı.

Bədən dili: Əslində bu məsələ dil və erudisiya tamamlanmalı məsələdi. Paşinyan obrazı xalqın içindən çıxmış qəhrəman siluetiylə bədən dilindən daha yaxşı istifadə etməli idi. Amma Azərbaycan prezidentinin suallara dərhal cavab verilməsi, qeydlərin kağıza deyil birbaşa yazılması da vizual olaraq müzakirədə leyhimizə olan nüanslar idi. Məhz Azərbaycan prezidetinin anında promptları, #Yerevan məsələsini incə yumor, təbbəssüm və notla vurğulaması Paşinyanın ənənəvi Tiqran sərsəmləməsini gülüşlə qarşılanmağına səbəb oldu.

Xülasə: Fərdi personaların dövlətləri təmsil etdiyini nəzərə alsaq əlbəttə debatda iştirak, daha çox suala anındaca cavab verilməsi, incə promptlar və sadaladığım amillər uzun illər geridə qaldığımız beynəlxalq mübarizədə xeyrimizə atılmış ciddi adımdı. Final fitindən sonrakı yaranmış atmosfer bunun bariz göstəricisi idi.

Nəticə: Paşinyanın da dediyi kimi bu məsələ 1-2 addımda həll olunacaq deyil. Və məncə addım(lar)la həll olunacaq məsələ deyil. Ermənilər və #Ermənistan eramızdan əvvələ gedən və az qala Roma imperiyasına iddialıdılarsa bunu beyninlərindən addımlarla çıxaracaq deyillər.
Haşiyə: mükəmməl ingilis, fransız, alman və s dilləri öyrənmək lazımdı. Kolloqvual rus diliylə maksimum rus jurnalistin ingiliscə sualına Paşinyan kimi tərcüməylə anlayacağıq.

Zəruri qeyd: Böyük xalqlar hər zaman dövləti naminə bütünləşməyi bacaranlardı. Adicə Romada kilsədəki avanturizmə Paşinyanın açıqlamalarından sonra bütün dünyadakı erməniləri Nikolu erməni xalqının qəhrəmanı kimi mədh edirdilər. Əslində Romadan Münhenə daha geniş çərçivədə məsələni öz xeyrimizə çevirə bilərik. Ən azından bu məsələdə dövlət maraqlarını qorumalıyıq.

Nurlan İbrahimov
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı