“Neftçi” futbolçularına istirahət izni verilmədi - FOTOLAR

19 Fevral 2020 14:10 Neftçi 618
“Neftçi” futbolçularına istirahət izni verilmədi - FOTOLAR

“Neftçi” Premyer Liqanın 18-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, “Keşlə” ilə görüşdən sonra bərpa məşqi edən komanda istirahətə yollanmadan “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Fevralın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 15:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti