"Neftçi"nin baş məşqçisi "Keşlə"ni necə udduqlarını GİZLƏTMƏDİ

16 Fevral 2020 21:14 Neftçi 1 266
"Neftçi"nin baş məşqçisi "Keşlə"ni necə udduqlarını GİZLƏTMƏDİ

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

- Bilirdik ki, çətin olacaq. Ciddi hazırlamışdıq. Rəqibi hər elementdə təhlil etmişdik. Biz də ona uyğun oyunumuzu qurduq. Planımız, uşaqların meydandakı əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni azarkeşlərimizə həsr edirik.

- 3 tura 3 fərqli sistemlə oynamısız. Bundan sonra əsas hücum 3-lüsü bugünkü kimi olacaq?

- Oyunları təhlil edirik. Səhvlər olduqda ona uyğun düzəlişlər edirik.

- “Neftçi” ilk hissədə möhtəşəm futbol oynadı. Digər oyunlarda da bu performansı saxlaya biləcəksizmi?

- Bütün futbolçuların potensialını bilirəm. Hələ tam formalarında oynamırlar. Bundan sonra da daha yaxşı olmağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı