"Sumqayıt"ın futbolçularını yalnız "Neftçi" istəmir…

15 Fevral 2020 14:22 Neftçi 826
"Sumqayıt"ın futbolçularını yalnız "Neftçi" istəmir…

Əmir Ağayevdən sonra daha bir futbolçu yayda "Sumqayıt"ın düşərgəsini tərk etmək istəyir.

İddiaya görə, "Neftçi" Əmir Ağayevlə yanaşı, Rəhim Sadıxovun da xidmətində maraqlıdır.

Ağayevin "kimyaçılar"la müqaviləsi mövsüm sonunda başa çatır. Sadıxovun isə "Sumqayıt"la 2020/2021 mövsüm sonuna qədər anlaşması var.

Sportinfo.az-ın məlumatına görə, Əmirə yalnız "Neftçi" maraq göstərmir. Yəhudi əsilli yarımmüdafiəçi "Qarabağ"la "Sabah"ın da diqqət mərkəzindədir.

Rəhimə gəlincə, Moskva "Torpedo"su keçmiş futbolçusuyla yenidən əlaqə yaradıb. Müntəzəm olaraq onu izləməkdə davam edirlər.

"Zirə" də həmçinin. Zaur Həşimov Rusiyadan gələn yarımmüdafiəçini hələ bu qış öz komandasına aparmaq istəyirdi, gəl ki, təklifi sumqayıtlılar tərəfdən qəbul görmədi.

Digər Xəbərlər
Xəbər Lenti