"Neftçi"nin qədrini bilmədiyi ulduzdan MARAQLI AÇIQLAMA

14 Fevral 2020 23:30 Neftçi 1 899
"Neftçi"nin qədrini bilmədiyi ulduzdan MARAQLI AÇIQLAMA

"Azərbaycanda legioner həyatı yaşadıqdan sonra ora yenidən gəlmək maraqlı idi.

Xorvatiya millisinin heyətində Azərbaycana qarşı oynamaq istəsəm də, bu baş vermədi. Məşqlərimiz, oyunlarımız çox olsa da, Azərbaycan çempionatını, futbolunu izləyirəm".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Xorvatiya millisinin və "Çaykur Rizəspor"un futbolçusu Dario Melnyak deyib.

“Neftçi”nin sabiq müdafiəçisi yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer almasından və komandamızın qrupu cəmi bir xalla başa vurmasından danışıb. O bildirib ki, futbolçularımız heç də pis təsir bağışlamayıblar: “Sadəcə nəticələr onları razı salmadı. Oyun cəhətdən Azərbaycan yaxşı futbol nümayiş etdirdi".

Xorvatiyalı futbolçu "Neftçi"nin hazırkı çıxışı barədə də danışıb. Melnyakın sözlərinə görə, “ağ-qaralar”ın çempionluq şanslarını itirdiyin demək düz deyil: "Azərbaycan çempionatını izləməyə vaxt tapıram. "Neftçi"nin "Qarabağ"la arasında səkkiz xallıq fərq olduğunu bilirəm. Bu, böyük görünə bilər. Amma bir oyun çox şeyi dəyişə bilir. "Neftçi" bu fərqi beşə endirsə, sonradan bunu aradan qaldırmaq elə də çətin olmaz. Sabiq komandamın çempion olacağına inanmaq istəyirəm".

27 yaşlı müdafiəçi hələ ki, yenidən Azərbaycan Premyer Liqasına qayıtmaq barədə düşünmədiyini də deyib: "Həm "Neftçi", həm də "Qarabağ" Azərbaycanın ən böyük klublarıdır. Onlar zamanda yaxşı olmağa da davam edəcəklər. Sadəcə "Neftçi"nin böyük tarixi var. Nə vaxtda Azərbaycana geri qayıtmağa gəlincə, bu barədə dəqiq nəsə deyə bilmərəm. Hazırda yalnız "Çaykur Rizəspor"dakı çıxışıma konsentrasiya olmuşam. Gələcək haqda çox düşünmürəm".

Melnyak 2016/2017 mövsümünüm yay "transfer pəncərəsi" zamanı icarə əsasında "Neftçi"yə keçsə də, paytaxt klubu bir müddət sonra onu bəyənməyərək "Lokeren"ə geri göndərmişdi.

Digər Xəbərlər
Xəbər Lenti